Sabir Rüstəmxanlı Tarif Şurasını parlamentə dəvət etdi

“Xaricdə yaşayan azərbaycanlıların sənəd alması çox vacibdir. Pasportlar haqqında əsasnamə 1994-cu ildə qəbul olunub. Əsasnamə əvvəlki qaydada qalıb. Halbuki indi pasportlar Miqrasiya Xidməti və DİN tərəfindən verilir. Xahiş edirəm bu məsələni gündəliyə salaq”.

 

Müstəqil.AZ Modern.az-a istinadla xəbər verir ki, bunu parlametin iclasında deputat Sabir Rüstəmxanlı deyib.

 

Sabir Rüstəmxanlı suyun qiymətinin qalxmasına da toxunub:

 

“Hesab edirəm ki, əhalini narazı salan məsələləri aradan qaldırmalıyıq. Dünən suyun qiyməti qalxdı. Tarif Şurası benzini bahalaşdırır. Təklif edirəm ki, Tarif Şurasını parlametə dəvət edək. Bunları hansı meyarlarla edirlər?! Ölkənin stabil saxlanmasına cavabdeh olan qurumların dinləmələrini keçirməliyik”.

Share: