Azərbaycanda daha dörd nəfər koronavirusdan öldü: 77 yeni yoluxma

 

Son sutka ərzində Azərbaycanda koronavirusa 77 yeni yoluxma faktı qeydə alınıb, 160 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Bildirilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.

Ölkədə son sutka ərzində 3 984, hazırkı dövrədək isə 2 412 034 test aparılıb.

Açıklama yok.

Share: