Qazi dənizçinin şəhid oğlu Məhəmməd

44 günlük Vətən müharibəsi qəhrəmanlarımızın, igid oğullarımızın şücaəti hesabına qəllləbə ilə başa çatdı.  Belə oğullarımızdan biri də İsmayılzadə Məhəmməd Füzuli ogludur. Vətən uğrunda şəhadətə şatan igidimiz 1996-ci ilin iyun ayının 120də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Yengicə kəndində dünyaya göz acmısdı.

Atası Füzuli uzun müddət XDND idarəsində çalışmış I Qarabağ savaşında torpaqlarımızın işğaldan azad edilməsi uğrunda vuruşmuşdur. O dövrdə Füzuli digər dənizçi dostları  ilə ön cəbhədə vuruşaraq özünün oğul borcunu vermişdir. Atalar yaxşı deyib, ot kökü üstə bitər. Füzulinin oğlu Məhəmməd də, Qarabağ savaşında atasının və atasının dostlarını tutduğu yol ilə gedərək cəbhəyə yola düşmüşdür. Bu belə də olmalıydı. Axı o elə kiçik yaşlarından  Vətən sevgisi ilə böyümüşdür.

Bu Vətən sevgisi ona genetik olaraq atasının 1992-93 cü ildə  Qarabağda göstərdiyi şücaətdən irəli gəlmişdir. Məhəmməd hələ məktəbli olarkən atasının döyüş yollarından, qəhrəman döyüşçülərimizdən, xüsusi ilə şəhid həmyerlisi və dənizçi dostu Oqtay Vəliyevdən bəhs etmələrinə diqqət kəsilmiş, qəlbində düşmənə qarşı amansız bir nifrət aşılanmışdır. Bu ən böyük xoşbəxtlikdir ki, uşaq yaşlarından valideyninin, Vətən müqəddəsdir, Vətən anadır, deyərək balasının vətənpərvərlik ruhunda böyüməsi istəyini gerçəkləşdirmişdi. Məhəmməd məhz o  sevgisi ilə böyümüşdür.

(I Qarabağ savaşının qəhrəman dənizçiləri. Soldan Vaqif və Oqtay Vəliyevlır, Füzuli İsmayılov)

Məhəmməd erkən yaşlarından Vətənə olan  sevgisi ilə öz həmyaşıdlarından seçilirdi. Atasının müharibə xatirələri, döyüşçü dostları ilə keçirdikləri əməliyyatlardan bəhs etməsi balaca Məhəmmədin qəlbində Vətənə qarşı böyük sevgi, düşmənə qarşı isə amansız nifrət hissləri cücərtmişdi.

Atası qəhrəman oğlundan bəhs edərkən heç vaxt keçmiş zamanda olan hadisələr kimi bəhs etmir. Məhəmməd 2014-cü ildə Bakıdakı 317 saylı orta məktəbi bitirdi, sonra   böyük həvəslə hərbi xidmətə yola düşdü. Bu onun müqəddəs borcu idi. Ana dediyimiz vətəni qorumaq, düşməni məhv etmək üçün bir vaxtlar mənim də  vuruşduğum Qarabağda erməni qəsbkarlarının  qalmaması, Torpaqlarımız azad olunsı onun arzularından ən böyüyü idi, deyir şəhid atası olan Füzuli.

Füzuli oğlu haqda danışdıqca, sanki oğlunun saçına tumar çəkir, boyunu oxşayırdı: “Onun düşmənə olan nifrəti, Vətən savaşında   göstərdiyi şücaət xüsusi təyinatlı dəstənin komandirlərinin diqqətini cəlb etmişdi. Elə buna görə də onların sıralarında baş kəşfiyyatçı olaraq hərbi xidmətini davam etdirdi . Xidmət zamanı göstərdiyi igidliklərə, təlim zamanı döyüş tapşırıqlarının ləyaqətlə yerinə yetirdiyinə görə komandanlıq tərəfindən bir neçə dəfə fəxri fərmanla təltif olundu, bu məni ata olaraq çox sevindirirdi”.


Məhəmmədin arzuları sonsuz idi. İlk növbədə  hərbi xidməti başa vuraraq Ali təhsil almaq arzusunu heç kəsdən gizlətmirdi. Axı təhsilli gənc olaraq düşməndən azad olunan torpaqlarımızda, Vətənimizdə daha gərəkli vətəndaş olacağını gözəl bilirdi. Elə buna görə də təhsilini  xaricdə davam etdirmək istəyi onun ən böyük arzularından biri idi.  Nəhayət o, bu arzusuna da çatır, Türkiyənin Kütahya Dumlupınar Universitetinə qəbul olur, – deyir şəhid Məhəmmədin qazi atası olan Füzuli.

Füzulini dinlədikcə məlum olur ki, 2-ci Qarabağ müharibəsi başlayan zaman Vətəni düşməndən azad etmək istəyi Məhəmmədin bu arzusunu 2-ci plana çəkir, öncə Vətəndir, deyir və döyüşə yollanır.  Müharibənin ilk günündən hərbi səfərbərlik idarəsinə müraciət edərək könüllü olaraq adını orduya yazdırır. Sentyabın 29-da könüllü olaraq ordu sıralarına çağrılaraq, döyüşə yollanır. Bir neçə gün Füzulidə kəşfiyyatçı kimi xidmət edir, döyüş əməliyyatlarında olur. Daha sonra o, komandanlığa müraciət edir, özünün döyüş yolunu ön cəbhədə – həmlə taboruna könüllü qoşularaq gerçəkləşdirir.

Döyüş yoldaşları onun haqqında ürəklə, ağızdolusu danışırlar. Onlar, bizim həmlələrdə qalib gəlməyimiz, düşmənə sarsıdıcı zərbələr endirməyimiz üçün Məhəmməd həmişə liderliyi ələ alırdı, deyirlər: “O, əl pulemyotundan istifadə edərək düşmənə gözləmədiyi yerdən atəş açır, bizim irəliləməyimiz üçün şərait yaradırdı”.
Məhəmməd belə döyüşlər zamanı hər saniyənin təhlükəli olacağını bilərək, heç vaxt öndə getməkdən çəkinmirdi. Dəfələrlə düşmənin  sayca çox olmasına, əlverişli mövqedə olmasına baxmayaraq cəsurluğu ilə ölümə meydan oxuyurdu. O,  və onun döyüşçü dostları komandanlıq tərəfindən verilən əmrlərə uyğun olaraq döyüş taktikasına riayət edərək tapşırılan mövqələri düşməndən azad edirdilər.

Məhəmməd İsmayılzadə bu tapşırıqları yerinə yetirən zaman iki dəfə fərqli mövqelərdə yaralansa da, bu onun döyüş əzmini itirməmişdi.

 

Əsgər dostlarından birinin dedikləri: Bir dəfə eşitdim ki yaralı vəziyyətdə atasıyla telefonla danışır. Atası, oğlum, yaralısan, sağal, yenidən döyüşə qayıdarsan, dedikdə, atasının  sözünü yarıda kəsərək,  ata doslarım dardadı, mən onları buraxa bilmərəm, dedi.

Bizim yaddaşdan silinməyəcək ən çətin döyüşlərimizdən biri 50 nəfərlə 300 nəfərlik erməni qoşununu darmadağın etməyimiz idi. Füzuli rayonun bütün kəndlərində və Hadrutun azad edilməsində Məhəmməd və digər  əsgər yoldaşlarımızla çiyin-çiyinə döyüşmüşük. Sonuncu dəfə atası ilə telefonda danışan zaman atasına son sözü biz ya tarix olacağıq ya da tarix yazacağıq,  deməiş olmuşdu. Məhəmməd və onun kimi igid Azərbaycan övladlarının sayəsində doğurdan da tarix yazıldı. Məhəmməd İsmayilzadə  oktyabrın 25-də Füzuli uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucaldı.

Atası Füzuli oğlunun şəklinə baxır, dərindən ah çəkir: Mən o yerlərdə vuruşdum, şəhid olmaq üçün getmişdim, sağ qaldım, oğlum vuruşdu, torpaqlarımızın azad olunmasında onun da xidmətləri az olmadı, o, şəhid olmağı da bacardı, – deyir.

Sonra üzünü göy üzünə tutur, igidlərimiz sizin hamınızn Ruhunuzun qarşısında baş əyirik, deyir !

Faiq Balabəyli

Share:

Author: Müstəqil AZ