BTQ açıldı, Putin Əliyevlə görüşür, İrəvan isə… – Erməni yazar

Ermənistan ətrafında bir üçtərəfli format digərini əvəz edir və bu formatların ortasında olan Ermənistanın tənhalığı daha çox nəzərə çarpır.

Müstəqil.Az  xəbər verir ki, erməni politoloq Aram Amatuni “1.in.am” saytında “Putinin səfəri ərəfəsində həlledici sual: Ermənistan mərkəzdə, yoxsa kənarda qalacaq?” adlı məqaləsində dövlət başçılarının böyük regional görüşlərində Ermənistanın olmaması və qlobal iqtisadi layihələrdən kənarlaşdırılması haqqında yazıb.

 

Müəllif xatırladıb ki, bu gün Rusiya prezidenti iqtisadi əməkdaşlıq perspektivi – xüsusən İran-Azərbaycan dəmir yolu xətti və onun Rusiyaya davamının müzakirə ediləcəyi İran, Rusiya və Azərbaycan prezidentlərinin üçtərəfli görüşü çərçivəsində Tehrandadır. Bu görüş ərəfəsində isə Bakıda bu dəfə Azərbaycan-Gürcüstan-Türkiyə formatında ölkə liderlərinin iştirakı ilə Bakı-Tiflis-Qars dəmiryolunun açılış mərasimi baş tutub.

 

“İrəvan heç bir regional formatda iştirak etmir”, – deyərək təəssüf hissini bildirən politoloq bu izolyasiyadan qurtulmaq üçün İran, Rusiya və Gürcüstanla heç olmasa ikitərəfli əlaqələri dərinləşdirməyi təklif edib.

Müstəqil.Az 

Share: