Son xəbərlər

replica rolex watches within the quest for the best style simultaneously an ideal blend associated with resourcefulness distinctive daring style .

bodrum escort

Komandirin yuxusu…

Meyxoş ABDULLAHın hekayəsi
Səhər yenicə açılırdı… Döyüşən əsgərlərə tutduqları mövqeylərdən aşağı enmək əmr verilmişdi. Əsgərlər yavaş-yavaş dağdöşüylə aşağı, dünən gəldikləri istiqamətdə hərəkət edirdilər.
Ara-sıra atəş səsləri eşidilsə də, axşamkı vəziyyətə nisbətən indi bir az sakitlik idi. Amma uzaqdan toplardan atılan mərmilərin səsi hələ də eşidilməkdəydi.
Tutduqları mövqeylərini itirmiş düşmən, elə indilərdə əlavə qüvvələr toplayaraq, yenidən onlara hücum edəcəyini bilən təcrübəli komandir dərhal oradan uzaqlaşmaq üçün döyüşçülərini tələsdirirdi.
… Onlar xüsusi təyinatlılar idı. Bir gün bundan qabaq məxvi əmr almışdılar. Hava qaralanda “Ala qaya” deyilən zirvəyə qalxıb, neçə gün bundan qabaq orada mövqe tutmuş və döyüşçülərimizin irəliliməsinə mane olan düşmən əsgərlərini zərəsizləşdirmək əmri.
Dünən hava qaralan vaxtı döyüşə yollananda səkkiz nəfər idilər. Komandirləri və yeddi cəsur döyüşçü. İndi isə, yorğun və heysiz halda ayaqlarını sürüyə-sürüyə alatoranlıqda bir-birinin ardınca dağdan enirdilər. Onlar öz vəzifələrini igidliklə yerinə yetirmişdilər. Səkkiz nəfər olsalar da əlli nəfərə yaxın düşmən əsgərinə qarşı vuruşaraq, tapşırılan o sahəni tamamilə düşməndən təmizləmişdilər.
Komandir haqlı idi. Onlar dağın ətəyinə enən kimi düşmən tərəfindən “Ala qaya” zirvəsi güclü top və qrad atəşinə tutuldu. Mərmilər ulaya-ulaya yaxınlıqdakı qayaların boşluğuna düşərək, daş-kəsəyi havaya sovururdu. Bir saata yaxın həmin mövqeylər düşmən tərəfindən atəş altında saxlanıldı.
Komandir geriyə boylanaraq: – Əclaflar!.. Biz sizin düşündüyünüz qədər də aciz deyilik! – deyə, gülümsədi və düşmənin qarasınca söydü.
Aralarında iki yaralı, bir nəfər də itkin düşmüş əsgərin olması komandiri bərk narahat edirdi. Əsgərlərin biri çiynindən, o biri isə qarnından yaralanmışdı. Hər ikisinin yarası ağır olsa da, əsgər yoldaşlarının köməkliyi ilə irəliləyirdilər.
İtkin düşmüş döyüşçü Vasif Abiyevin isə harada olması, hələlik məlum deyildi. Gecə döyüşçü dostları onu çox axtardılar, amma nə ölüsündən, nə də dirisindən bir xəbər yox idi. – “O, əsir düşə bilməzdi!” – deyə, komandir öz-özünə fikirləşdi. Çünki xüsusi təyinatlıların son məqamda nə edəcəkləri ancaq özlərinə məlum idi. – Bəs, o, harada ola bilərdi?! – komandir narahatçılıq keçirtdi. Axı, gecə olmasına baxmayaraq öldürülmüş düşmən əsgərlərinin cəsədlərini komandir özü bir-bir nəzərdən keçirmişdi. Tam yəqin etmişdi ki, Vasif Abiyev meyiti onların arasında yoxdur.
Güclü yağış yağırdı. Əslində, bu yağış yox, sulu qara bənzəyirdi. Çünki göydən ələnən iri yağış damlaları əsgərlərin sifətinə buzlu su kimi çilənirdi.
Komandir çox həyəcanlı idi, özünə yer tapa bilmirdi. İtkin düşmüş cəsur döyüşçüsünün tapılmaması onu bərk narahat edirdi.
Bu hadisənin üstündən bir neçə gün keçdi. Vasifin itkin düşməsi onun dostlarını da bərk üzürdü. Komandir isə, bu itkidə özünü günahkar hesab edirdi.
Bir gecə itkin düşmüş döyüşçü komandirin yuxusuna girir. -“Komandir yuxuda görür ki, Vasif həmin gecə onlardan bir qədər aralı, qayaların arasında özünə yer seçərək düşmənlə vuruşur. Birdən, o, boynundan güllə yarası alır. Yerə yıxılmasın deyə, yaxınlıqdakı qayaya söykənir. Ağır yaralı olmasına baxmayaraq, düşmənələ döyüşməkdə davam edir. Yaralı halda atəş açaraq, ona yaxınlaşan üç düşmən əsgərini də yerə sərir. Birdən, yaxınlıqdakı düşmən snayperi onu görür və Vasifin başından nişan alır…
Vasif yerə yıxılır… O, bir neçə dəfə ayaqüstə qalxmağa cəhd edir. Amma yarası ağır olduğundan yavaş-yavaş hüşunu itirməyə başlayır. Vasif heysiz halda torpağın üstündə düşüb qalır. Nəmli torpaq onun soyumaqda olan bədənini bir az da üşüdür. O, bir neçə dəfə astaca döyüşçü dostlarını səsləyir. Amma onun xırıltılı səsi, vıyıltıyla ötüb-keçən güllə səsləri arasında it-bata düşərək, döyüşçü dostlarına çatmır.
Vasif son gücünü toplayaraq əlini qoynuna salır. Qoynundan üçrəngli al bayrağı çıxararaq, ona bürünür və soyuqdan titrəyə-titrəyə: – “Komandir, mən üşüyürəm, gəl məni buradan götür!” – deyir…”
Komandir hövlank yuxudan ayılır və son dəfə döyüşdükləri yerə gedir. Qayaların arasına çatanda baxıb görür ki, Vasifin cansız bədəni albayrağa bükülmüş halda qayaların arasındakı boşluqda düşüb qalıbdır. Gözləri açıq olduğundan, sanki komandirinin yolunu gözləyirmiş…
Komandir şəhid olmuş əsgərinin qarşısında dizləriüstə yerə çökür. Gözyaşlarını axıda-axıda, onun üçrəngli bayrağa bükülmüş soyuq bədənini qucaqlayır və: – Üşümə əsgərim, mən gəldim. Bundan sonra sənə soyuq olmaz. Sən, artıq, Vətən torpağna qovuşdun!.. – deyir

Share: