Müsəlmanların adət və ənənələrini də dərindən öyrənən ingilis səyyahı

Asiya və Afrika ilə bağlı araşdırmaları ilə yanaşı, müxtəlif dil və mədəniyyətlər haqqında bilikləri Richard Francis Burtonu məşhurlaşdırmışdır. Deyilənə görə, Burton hər biri fərqli dil ailəsinə məxsus olan  29 dil bilirmiş.

Burtonu ən çox məşhurlaşdıran onun Məkkəyə, John Henning Speke ilə Nil çayının mənsəbini axtarmaq məqsədilə Şərqi Afrikaya səyahət etməsi, Tanqanika gölünü kəşf etməsi və “Min bir gecə” nağılını ingilis dilinə çevirməsi olmuşdur.

R. Burton uşaqlıqda tez-tez yaşadığı yeri dəyişməli olur, valideynləri ilə birlikdə İngiltərə, İtaliya və Fransada yaşayır. Burtonun sonradan səyahətə marağının artmasında yəqin ki, bu məsələnin də rolu az olmayıb. 1842-ci ilin iyun ayında Burton Bombeyə gedir, lakin Hindistanda müharibə artıq qurtarmışdı. Hindistanda olarkən Burton vaxtının çox hissəsini oranın mədəniyyətini və dillərini araşdırmağa sərf edir. O, marathi, hindi, fars, ərəb və qucarat dillərini yüksək səviyyədə bilirmiş.

Hindistanda keçirtdiyi 7 ildə  Burton müsəlmanların adət və ənənələrini də dərindən öyrənir.

Burton Həccə gedən ilk avropalı deyildi. Lakin onun ziyarəti dəqiq sənədləşdirilir. 1855-ci ildə Burtonun “Əl-Mədinəyə və Məkkəyə Həcc” kitabı nəşr olunur.

Kral Coğrafiya Cəmiyyətinin (The Royal Geographical Society)  təşəbbüsü ilə Tanqanika gölünün kəşf edildiyi Şərqi Afrikaya ekspedisiyaya rəhbərlik edir.

Kral Coğrafiya Cəmiyyətinin üzvü Burton müxtəlif vaxtlarda  Fernando Po, Dəməşq və Triestdə ingilis konsulu kimi fəaliyyət göstərir.

R. Burton 1890-cı ildə vəfat etmişdir.

Müstəqil.Az
mınbə:“Seanews.az”

Share: