Azərbaycanda koronavirusa yoluxanların sayı yenidən artdı – FOTO

 

Azərbaycanda son sutkada koronavirusa 326 yeni yoluxma faktı qeydə alınıb, 551 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 229 358 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 221 116 nəfər müalicə olunaraq sağalıb, 3100 nəfər vəfat edib, aktiv xəstə sayı 5142 nəfərdir.

Ölkədə son sutka ərzində 7807, hazırkı dövrədək isə 2 372 616  test aparılıb.

 

Share: