Futbolçu vəhşicəsinə qətlə yetirildi

Meksikanın “Xuventud Komiteka” klubunun futbolçusu qvatemalalı Marvin Alberto Tomas öldürülüb.

Müstəqil.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, 22 yaşlı oyunçu Meksikanın Tamaulipas əyalətində yandırılan 19 şəxsdən biridir. Onların yanmış meyiti yük maşınında tapılıb.
Cəsədləri aşkarlanan şəxslər iki cinayətkar dəstə arasındakı qarşıdurmanın qurbanlarıdır. Prokurorlar hadisə ilə bağlı araşdırma aparır. Nuevo-Leonla ştatının sərhədindəki hadisə səbəbindən səlahiyyətli qurumlar xəbərdar edilib. Lakin hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə vaxtında çata bilməyib.
Müstəqil.Az
Share: