“Şöhrətpərəstlik istedadsızların monopoliyasındadır…” – Üzeyir Əlizadə ilə müsahibə

Bir cümləylə cavab

Müsahibimiz iqtisadçı, araşdırmaçı, yazar,dünya tarıxındə ən gənc qəzet təsisçisi olmuş, sözün həqiqi mənasında əsl ziyalı, hərtərəfli zəkaya sahib, maraqlı insan Üzeyir Əlizadədir.

Telefonla müsahibimizdən suallarımıza cavab istədik. Deyəsən, telefon səsinə yuxudan oyandı.

Üzeyir bəy,  sabahınız xeyir. Necəsiniz?

-Özüməməxsus.

Saytımız üçün sizdən müsahibə almaq istəyirik. Suallarimizda sərbəst olacağıq.

-Buyurun.

Sizcə həyatın neçə qatı var?

  • İki: doğuluş və ölüm

Olmaq istədiyiniz yerdəsinizmi?

  • Mənanın yanında,mahiyyətin fövqündəyəm.

Dünya sənin,dünya mənim, dünya  kimindir?

  • İçində nə varsa özünə yemdir.

Həyatı ən çox nə zaman  hiss edirsiz?

  • Gülə-gülə ağlayıb, ağlaya-ağlaya güləndə.

Həyat eşqi nədir?

  • Sonunu ölüm gözləyən dəlilik.

Qarlı ölkə ,ya səhra?

  • Tale ilə barışanda səhra, barışmayanda qarlı ölkə .

Son zamanlar bədii yazılarınızla böyük oxucu auditoriyasında sevimli imza oldunuz. Niyə əvvəllər də  yazı işində belə məhsuldar deyildiniz? 

  • Başqaları kimi bərbərliyi oxucu başında etmək istəmirdim.

Şeir,yoxsa nəsr?

  • Şeir.

 

Kimi həyatınızın özü-özəti kimi görürsünüz?

  • Kimə lazımamsa ,onu.

       Yalnızlıq bir kişiyə ən çox nə verir?

  • Cinsi ayrıseçkilik olmadan ağıllını dəli,dəlini ağıllı edir.(gülür)

Qadın sevgisi,yoxsa övlad sevgisi?

  • Əbədi dəyişməz olan.

Ən yaxşı məhəbbət əsəri?

  • Doğuluş

Şair,yazar dostlar,ya iş yoldaşları?

  • Vaxtını onunla oldürdüyün yox, dirildə biləcəyin adam.

Musiqi ən çox hansı məqamda təsirli olur?

  • Ovqatın not düzümüylə, musiqinin  not düzümü eynilik təşkil edərək   biri-biriylə haraylaşıb dərdləşəndə.

Üzeyir Hacıbəyli , yoxsa Üzeyir Mehdizadə?

  • Üzeyir Əlizadə (gülür)

İnsanlarda görmək istədiyiniz ən böyük  keyfiyyət hansıdır?

  • Mərhəmət.

Oxuduğunuz ən yaxşı əsər hansıdır?

  • Həyat müşahidələrim.

O zaman sualı belə qoyaq .Hansı əsəri oxumaq istərdiniz?

  • Məni heyrətləndirə biləcək əsər hələ yazılmayıb.

Bax elə indi hansı musiqi qulaqlarınızda əks -səda verir? Ya da ,hansı musiqi ovqatındasınız?

  • Bayatı-Şiraz muğamı.

Dünyanın yaranışı barədə  olan  hansı nəzəriyyəyə üstünlük verirsiniz?

  • Əzəlilik.

Maraqlıdır,bayaqdan sizə ünvanladığım suallara bir cümləylə cavab verirsiniz. Bunun sirri nədir?

  • Mənanın dərki

İnsan nədir?

  • Yaddaşlı dəli.

Ömrün sonuna qədər  daim, hər an  bizimlə olan  nədir?

  • Aldığınız hava.

Ölüm qorxusundan xilas olmağın yolu nədir?

  • Onu heç zaman görməyəcəyik, biz olanda o, o olanda biz olmayacağıq.

      Hansı sahədə maliyyə uğuru daha tez əldə etmək olar?

  • Salıb itirdiyin pulu itirdiyin yerdə axtaranda.

Sizi  səhər yuxusundan  oyatdıq deyəsən .Yuxu nədir?

  • Ölümün məşqi.

Gecəni gündüz,səhəri axşam əvəzləyir. Bu təkrarçılıq sizə nə deyir?

  • Yer öz oxu ətrafında o qədər sürətlə fırlanır ki, baş gicəllənir.

Möcüzəyə inanırsızmı?

  • Möcüzə natamam ağılın qarşısında görünməyi xoşladığı üçün, mənimlə qarşılaşmayıb.

Möcüzə olsaydı ,keçmışə yalnız bircə məqama,bir epizoda qayıtmaq olsaydı ömrünüzün hansını ğününü seçərdiniz?

  • Olmayacaq

Ağ pəmbə buludlardan  leysan yağışadək vaxt ölçüsündə nəyi düşünmək olar?

  • Leysandan sonranı

Xətai söyləyir ki, “Min dərdim var ,bir şirinə dəyişməm.” Dərd doğrudanmı bu qədər şırın olur?

  • Çarəsi olanda.

Ağıl ,yoxsa hiss? Hansının sözünə baxmaq gərəkdir?

  • Özünü yaşamaq istəsən hissin, həyatı yaşamaq istəsən ağılın.

Sizi nə əsir ala bilər?

  • Abır-həya

Söhrət hissiniz azacıq da olsa varmı?

  • Şöhrətpərəstlik istedadsızların monopoliyasındadır.

İnsan nə vaxt xoşbəxt ola bilər?

  • Zamanın ən qısa on üstü mənfi qırx beş anında.

Maraqlı və qeyri- adi bir müsahibə oldu. Bütün sualları bir cümləylə cavablandırdınız. Təşəkkür edirik.

  • Var olun.

 

Söhbətləşdi : Aysel Səfərli

 

Müstəqil.Az

 

Share: