İstanbulda naməlum şəxs rusiyalılara hücum etdi

Türkiyənin İstanbul şəhərində naməlum şəxs bıçaqla rusiyalılara hücum edib.

Müstəqil.Az yerli KİV-ə istinadən bildirir ki, hadisə nəticəsində 3 nəfər yaralanıb.

İlkin məlumata görə, yaralıların həyatı üçün təhlükə yoxdur.

Hücum edən şəxsin təhlükəsizlik kameraları vasitəsilə qeydə alındığı bildirilir.

Müstəqil.Az

 

Share: