Putin Aleksey Navalnının “araşdırmasını” təkzib edir

“Orada mənim mülküm olaraq göstərilən heç nə mənə və mənim yaxın qohumlarıma aid deyil və heç vaxt da olmayıb”.

Bunu Rusiya prezidenti Vladimir Putin müxalifət lideri Aleksey Navalnının araşdırmasını şərh edərkən söyləyib.

“Bu filmi sadəcə bu cür məlumatları izləmək üçün boş vaxtım olmadığına görə izləmədim, köməkçilərin mənə gətirdiyi video seçimlərə göz gəzdirdim”, – o vurğulayıb.

Putinin fikrincə, həmin araşdırma “montaj” və “kompilyasiyadır”: “Sadəcə vətəndaşlarımızın beynini yumaq üçün rahat vaxt tapıblar”.

Dövlət başçısı orada adı çəkilən şəxslərin bəzilərini ümumiyyətlə tanımadığını bildirib.

Xatırladaq ki, rusiyalı müxalifətçi Aleksey Navalnının həbsindən 1 gün sonra onun yutub kanalında Rusiya Prezidenti Vladimir Putinin yaxın ətrafı ilə birgə qurduğu korrupsiya sxemləri və malikanəsi barədə 2 saatlıq sənədli film yayımlanıb. Araşdırma videosu qısa zamanda 86 milyondan çox izlənib, bir sıra ölkələrin trend videolar sırasında yer alıb. Yanvarın 23-də müxalifətçinin həbsinə etiraz olaraq Rusiyanın bütün bölgələri, həmçinin Avropanın bir çox şəhərlərində kütləvi mitinqlər keçirilib. Hüquq-mühafizə orqanları mitinqin razılaşdırılmadığını əsas gətirərək nümayişçilərə qarşı sərt müdaxilələr edib, minlərlə insanı həbs edib.

mersin escort
kalebetting.com -

baysanslicanli.com

- casinoslotsclub.com -
meritroyalbet