Azərbaycanda koronavirus: daha 273 nəfər…

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 57 yeni yoluxma faktı qeydə alınıb, 273 nəfər müalicə olunaraq sağalıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 11 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 229 032 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 220 565 nəfər müalicə olunaraq sağalıb, 3 093 nəfər vəfat edib, aktiv xəstə sayı 5 374 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 257, ötən müddət ərzində isə ümumilikdə 2 364 809 test aparılıb.

Müstəqil.Az

 

Share: