Şair Burhan Bilgiçin “Gaziantep Alleben Şiir Gecesi” proqramında türk dünyası şair və musiqiçiləri qardaşlıq, birlik nümayiş etdirdilər… – FOTO

Müstəqil.Az xəbər verir ki, Türkiyədə yaşayan şair Burhan Bilgiçin hər həftə  olduğu kimi, bu həftə sonu da keçirdiyi “Gaziantep Alleben Şiir Geceleri ve Müzik programı” adlı layihəsi gerçəkləşdi.
 Zoom proqramı vasitəsilə, online keçirildiyi üçün şeir gecəsinə türk dünyası şair və musiqiçiləri qatılmışdılar. Hər həftə olduğu kimi, bu dəfə də veriliş çox maraqlı və türk dünyası qardaşlığı devizi altında böyük bir coşqu ilə keçdi.
Burhan Bilgiçin aparıcılığı ilə keçirilən “Gaziantep Allaben Şiir Geceleri” proqramında İLESAM şairleri, GASED, Gazişad üzvləri, Azərbaycan, Qırğızıstan və Türk Dünyasından olan şairlər də şeir və musiqiləri ilə gecəyə rəng qatdılar.
Proqramda :
Afyondan Şair, Doktor Mustafa Seçen,xanımı vəkil Nilgün Seçen,
Azərbaycandan şair,redaktor 
Aysel Xanlarqizi Safarli,
Şair,qiraətçi Müşfiqə Balladinqızı,
Şair və musiqiçi Sevinç Yunuslu,
Şair Aybeniz Qafarlı, tanınmış şair Ramiz Qusarçaylı ,nasir, şair Süleyman Abdulla, Gaziantep Bəstəkar Kaman ifaçısı Mustafa Batur, Gaziantepin Neşat Ertaşı, Bağlama ustası İhsan Ermenek, ayrıca Gaziantep İLESAM şöbə müdiri və şairlər iştirak edirdilər.
Bütün türk dünyası şairlərini bir araya gətirməyi bacaran, pandemiyanın əngəl tanıya bilmədiyini bir daha sübut edən və uzaq məsafələri qısaltmağa uğurla müvəffəq olan Burhan Bilgiçə bu yüksək mənəviyyat dolu , gözəl layihəsində daha böyük uğurlar arzulayırıq.
Aysel Səfərli
Müstəqil.Az
Puede ser una imagen de 5 personas, incluido Burhan Bilgiç
Puede ser una imagen de 3 personas, incluidos Burhan Bilgiç y Aybeniz Garagile Gafarli
Puede ser una imagen de 4 personas, incluidos Aysel Xanlarqizi Safarli y Burhan Bilgiç, personas sentadas, personas de pie y guitarra
Share: