Bu gündən bu iş yerləri açılır

Bu gündən bəzi sahələrdə fəaliyyət yenidən bərpa olunur.

Müstəqil.Az xəbər verir ki, 25 yanvar saat 00:00-dan etibarən ölkə ərazisində aşağıdakı iş və xidmətlərin fəaliyyətinə icazə veriləcək.

Ticarət obyektlərinin fəaliyyəti (ictimai iaşə obyektləri, kafe, çay evləri və bu kimi məkanlarda müştərilərə yerində xidmət və iri ticarət mərkəzlərinin, “Mall”ların fəaliyyəti istisna olmaqla);
bərbərxanaların, gözəllik salonlarının fəaliyyəti və kosmetik xidmətlər

(o cümlədən, bu sahələrdə müştərinin evində və ya digər məkanda xidmət);

muzey və sərgi zallarının fəaliyyəti;

şəhərlərarası və rayonlararası hərəkət.

 

Müstəqil.Az

Share: