Məsut Özil “Fənərbaxça”da – rəsmi

Almaniya millisinin sabiq futbolçusu Məsut Özil Türkiyənin “Fənərbaxça” klubuna keçib.

Müstəqil.Az  saytının məlumatına görə, İngiltərənin “Arsenal” klubundan ayrılan yarımmüdafiəçi tibbi müayinədən keçdikdən sonra müqavilə imzalayıb.

İstanbul klubu almaniyalı ilə 3,5 illik anlaşmanı rəsmiləşdirib. Cari mövsümün ikinci yarısında Özilin maaşını “Arsenal” ödəyəcək.

Sonrakı üç ildə futbolçu “Fənərbaxça”dan ildə 5 milyon avro alacaq. İstanbul təmsilçisi yarımmüdafiəçiyə keçidi üçün əlavə 2,5 milyon da ödəyəcək.

Müstəqil.Az 

Share: