Zaqatalada yol qəzasında sürücü ağır xəsarət alıb

Bu gün axşam saatlarında Zaqatala-Qax avtomobil yolunun Muxax kənd inzibati ərazisindən keçən hissəsində yol qəzası baş verib. 

Müstəqil.Az saytının məlumatına görə, Zaqatala rayon sakini, 1989-cu il təvəllüdlü Anar Abdulla oğlu Musayev idarə etdiyi “VAZ 21099” markalı 62 BD 401 dövlət nömrə nişanlı minik avtomobili ilə hərəkətdə olarkən maşın idarəetmədən çıxaraq yol kənarına aşıb.

Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan A.Musayev Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Verilən məlumata görə, A.Musayeva açıq kəllə-beyin travması diaqnozu qoyulub, müalicəsi xəstəxananın reanimasiya şöbəsində aparılır.

Faktla bağlı araşdırma aparılır.

Müstəqil.Az

Share: