Trampın impiçmenti qətnaməsi Senata göndəriləcək

ABŞ-ın keçmiş prezidenti Donald Trampın iğtişaşlara təhrik etmək ittihamı ilə bağlı impiçmentinə dair qətnamə yanvarın 25-də Senata təqdim olunacaq.

Bu barədə Senatdakı Demokratlar Partiyası qrupunun rəhbəri, Nyu York ştatının təmsilçisi Çak Şumer bildirib.

Belə ki, bununla başlayacaq təhqiqat nəticəsində D.Tramp bir daha Ağ Evə gəlmək imkanından məhrum edilə bilər.

“Palata (Nümayəndələr Palatası – red.) impiçment sənədini Senata təqdim edəcək. Senat da Donald Trampa qarşı impiçment təhqiqatını aparacaq. Bu, hərtərəfli təhqiqat olacaq. Bu həm də dürüst təhqiqat olacaq”, – Ç.Şumer Senatdakı çıxışı zamanı qeyd edib.

Müstəqil.Az

Share: