Əfqanıstanda iki qadın hakim güllələndi

Kabilin şimalında Əfqanıstan Ali Məhkəməsinin iki qadın hakimin olduğu avtomobil atəşə tutulub.

Müstəqil.Az xəbər verir ki, bu barədə Əfqanıstan Ali Məhkəməsinin sözçüsü Əhməd Fahim Qavim məlumat yayıb.

Hər iki hakim dünyasını dəyişib.

Hələlik heç bir qruplaşma hadisə ilə bağlı məsuliyyəti öz üzərinə götürməyib.

Müstəqil.Az 

Share: