Bundesliqada 6 oyundan 5-i heç-heçə bitib

Almaniya Bundesliqasında XVI tur davam edir.

Müstəqil.Az saytının məlumatına görə, ikinci oyun günündə 6 matç baş tutub.

Qarşılaşmaların beşində heç-heçə qeydə alınıb. Liderlər qrupunda yer alan “Leypsiq”lə Dormund “Borussiya”sı da bir xalla kifayətlənib.

Sonuncular autsayderlər qrupunda yer alan “Mayns”la sülhə imza atıb. İki penaltini qaçıran dormundlular liderə yaxınlaşmaq şansını qaçırıb.

“Leypsiq” isə bir günlük zirvəni ələ keçirmək imkanından yararlanmayıb.  Bunun reallaşmasına “Volfsburq” mane olub.

“Köln” “Herta”, “Hoffenhaym” “Arminiya” ilə ev görüşündə qolsuz heç-heçəylə kifayətlənib. “Ştutqart”ın qonağı olan Mönhenqladbax “Borussiya”sı qələbəni sonda əldən verib.

Yalnız “Verder” günü 3 xalla başa vurub. “Auqsburq”u yenən bremenlilər təhlükəli zonadan uzaqlaşıb.

Qeyd edək ki, tura yanvarın 17-də yekun vurulacaq.

Almaniya Bundesliqası
XVI tur
16 yanvar
“Köln” – “Herta” – 0:0
“Borussiya” D – “Mayns” – 1:1

Menye, 73 – Öztunalı, 57
“Hoffenhaym” – “Arminiya” – 0:0
“Verder” – “Auqsburq” – 2:0

Selassi, 84, Aqu, 87
“Volfsburq” – “Leypsiq” – 2:2
Veqhorst, 22, Ştefen, 35 – Mukiele, 5, Orban, 54
“Ştutqart” – “Borussiya” M – 2:2
Qonzales, 58, Fundu, 90+6 (pen.) – Ştindl, 35 (pen.), Zakaria, 61

1 Bavariya 15 10 3 2 46-24 33
2 Leypsiq 16 9 5 2 28-14 32
3 Bayer 16 8 5 3 30-16 29
4 Borussiya D 16 9 2 5 32-20 29
5 Union 16 7 7 2 32-20 28
6 Volfsburq 16 6 8 2 24-19 26
7 Borussiya M 16 6 7 3 30-26 25
8 Frayburq 15 6 5 4 28-24 23
9 Ayntraxt 15 5 8 2 25-23 23
10 Ştutqart 16 5 7 4 32-24 22
11 Auqsburq 16 5 4 7 17-25 19
12 Verder 16 4 6 6 19-24 18
13 Herta 16 4 5 7 23-25 17
14 Hoffenhaym 16 4 4 8 22-30 16
15 Arminiya 16 4 2 10 10-24 14
16 Köln 16 2 6 8 13-27 12
17 Mayns 16 1 4 11 15-34 7
18 Şalke 15 1 4 10 12-39 7

 

Müstəqil.Az

Share: