Şuşaya qələbə yolu ilə ilk səfər

Azərbaycan xalqının qürur mənbəyi, mədəniyyət beşiyi olan Şuşa şəhəri özün ilk Ali qonaqlarını qəbul etdi.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qalib ordunun sərkərdəsi kimi tarixi Şuşa şəhərinə səfəri Ermənistanın ürəyinə saplanan xəncərdir.

İllərdir Cıdır düzündə kef məclisləri təşkil edən, yallı gedən, Ermənistan rəhbərliyi indi İlham Əliyevin Şuşadan rəsmi İrəvana göndərdiyi mesajları sakitcə dinləmək məcburiyyətindədirlər.
Prezident bildirib ki, Azərbaycanda vətənpərvər, güclü, milli ruhda tərbiyə almış gənc nəsil yetişib. 2003-cü ildə 10 yaşı, 15 yaşı olanların bu gün 27-32 yaşı var. Onların məhz vətənpərvərlik ruhunda tərbiyə alması, düşmənə nifrət hissi Qələbəyə apardı və Azərbaycan tarixi ədaləti bərpa etdi”, – İlham Əliyev belə deyib.
O deyib ki, Azərbaycan 2020-ci il noyabrın 8-də qədim Şuşa şəhərimizi düşməndən azad edərək parlaq qələbə qazanıb: “Şuşanın işğaldan azad edilməsi böyük qəhrəmanlıq, peşəkarlıq, milli ruh tələb edirdi. Azərbaycan hərbçiləri bütün bu ülvi xüsusiyyətləri nümayiş etdirib.
Mən Şuşaya Qələbə yolu ilə gəlmişəm. O yol indi açılıbdır, yol yox idi. Dağlardan, meşələrdən, dərələrdən keçərək, onlarla kilometr məsafəni qət edərək qəhrəman Azərbaycan hərbçiləri yol boyunca kəndləri, qəsəbələri düşməndən azad edib, Şuşa şəhərinə yaxınlaşıb, Daşaltı kəndini azad edib və ondan sonra Şuşanı işğalçılardan azad edib.
Prezident İlham Əliyev Molla Pənah Vaqifin məqbərəsi önündə çıxış edərkən Ermənistanı təxribatçı addımlardan çəkinməyə çağırıb:
“Əgər kimsə Ermənistanda revanş haqqında düşünürsə, o, Azərbaycanın dəmir yumruğunu bir daha görəcək”
Prezident 39 il əvvəl ümumimilli lider Heydər Əliyevlə Şuşada olduğunu qeyd edərək;
“Biz qalib xalqıq. Mən Şuşaya son dəfə 39 il bundan əvvəl gəlmişəm. 39 il bundan əvvəl iki dəfə gəlmişəm və birinci dəfə yanvarın 14-də gəlmişəm. Bax, bu gün, yanvarın 14-də yenə də buradayıq. Bu dəfə müzəffər Azərbaycan Ordusunun, qalib Azərbaycan Ordusunun ali baş komandanı kimi gəlmişəm. Düşmənin belini qıran ordunun ali baş komandanı kimi gəlmişəm və burada müqəddəs bayrağın altında, qəhrəman hərbçilərin önündə deyirəm ki, biz bu torpaqlarda əbədi yaşayacağıq! Biz Şuşanı və dağıdılmış bütün başqa şəhər və kəndlərimizi bərpa edəcəyik. Dağıdılmış bütün tarixi abidələrimizi bərpa edəcəyik”.
Bəli, möhtərəm prezidentin Şuşaya tarixi səfəri hər birimizin ürəyini dağa döndərdi. Mədəniyyət mərkəzimizin tezliklə inkişaf edəcəyinə zərrə qədər şübhə yoxdur.
QARABAG AZƏRBAYCANDIR!
 
Xəzər rayon təhsil işçiləri adından;
Həzərxan ƏBİLOV
Share: