3+3 formatı: Kreml bu ermənilərə deməlidir ki…

Regionalizm dövrümüzün tendensiyasıdır və Dağlıq Qarabağ kimi regional əhəmiyyətə malik heç bir münaqişə regional səylər olmadan hərtərəfli həll edilə bilməz.

Müstəqil.Az bildirir ki, bu sözləri Axar.az-a amerikalı mütəxəssis Endryu Korıbko deyib.

Onun sözlərinə görə, bu məqsədlə Azərbaycan-Rusiya-Ermənistan və Türkiyə-İran-Gürcüstan 3+3 prinsipi, xüsusilə, münaqişədən sonrakı regional ssenarinin formalaşdırılmasında çox təsirli ola bilər:

“Naxçıvan dəhlizi münaqişənin son həllinə görə misilsiz bir inkişaf və inteqrasiya imkanları təmin edərək, bölgənin coğrafi-iqtisadi potensialında inqilab edəcək. Buna görə, Ermənistanın atəşkəsə hörmət etməsini və məsələnin hərtərəfli həll olunmasını təmin etmək üçün birlikdə çalışmaq hər bir regional tərəfin maraqlarına cavab verir.

Hər iki tərəf üçün qazanclı ola biləcək bu ssenarini pozan yeganə əngəl İrəvandakı ultra-milliyətçilərdir və bütün regional tərəfdaşlar, xüsusən də Moskva onlara deməlidir ki, gələcək problemləri qızışdırmaq tamamilə qəbuledilməzdir”, – deyə o bildirib.

Rəfiqə ƏLİSƏFA

Share: