İki gündə ikinci görüş: Generalımız Şurnuxda…

Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəisi Armen Abazyanla bazar günü Şurnux və Vorotan kəndləri arasındakı neytral ərazidə görüşüb.

Müstəqil.az xəbər verir ki, bu barədə Ermənistan MTX məlumat yayıb.

Əli Nağyevlə Abazyan əsirlərin dəyişdirilməsi, itkin düşənlərin axtarışı ilə bağlı müzakirələr aparıblar.

Qeyd edək ki, bundan öncəki görüş Ermənistanın Ararat bölgəsinin Yerasx icmasına bitişik sərhəddə – neytral zonada baş tutub. Görüş zamanı girov və əsirlərin mübadiləsi, eləcə də itkin düşənlərin axtarışı məsələləri müzakirə edilib.

Share: