Dənizçilərin pensiya yaşı ilə bağlı müraciətinə laqeyd yanaşma

Xəbər verdiyimiz kimi, çoxsaylı dənizçilərimiz tərəfindən “Dənizçilərə Sosial Dəstək” İctimai Birliyinə olunan müraciətlərdən biri də pensiya yaşlarının tənzimlənməsi ilə bağlı idi.

“DSD”İB – nin Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinə bu məzmunda ünvanlaladığı müraciətə, təəssüf olsun ki,  nə nazirliyin rəhbər işçiləri, nə də ictimaiyyətlə əlaqələr şöbəsindən heç bir reaksiya verilmədi.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev

“Xatırladaq ki,  “DSD” İB nin  müraciətində dənizçilərimizin sosial durumunun yaxşılaşdırılması, pensiya yaşlarının aşağa salınması haqda  təklif və iradlar yer alırdı. İB müraciətdə nazırlikdən və müvafiq dövlət orqanlarından  ağır və zərərli işlərdə çalışan insanlara əvvəllər yaradılan şərait və imtiyazların olmamasını   diqqəti çəkərək qeyd edirdi ki, “DSD” İB bu məsələlərlə bağlı araşdırmalar aparır, dənizçilərimiz arasında maarifləndirmə işləri görür və haqlı olaraq da dənizçilərimizin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində müvafiq təşkilatlarla əlaqələr qurub, onları məlumatlandır.

Lakin təəsüflə deməliyik ki, dənizçilərin xahişi ilə olunan müraciət Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi tərəfindən cavabsız qalıb, bu haqda nə Müstəqil.Az-a, nə də “DSD” İB-nə hər hansı bir məlumat-reaksiya verilməyib”.

Faiq Balabəylinin 55 yaşına... - modern.az

“DSD” İB-nin sədri Faiq Balabəyli

Müstəqil.Az -a bunu “DSD” İB-nin sədri, gəmi kapitanı Faiq Balabəyli, dənizçilərin pensiya yaşı ilə bağlı müraciətə nazirliyin soyuq münasibətini bildirərkən, görünür adı çəkilən nazirlik əhalinin Sosial müdafiəsi ilə deyil, onların sosial vəziyyətlərinin daha da acınacaqlı vəziyyətə düşməsini qarşısına məqsəd qoyub. Bu yarıtmazlıqdır və düşünürəm ki, onlara yuxarıdan barmaq silkələnməsi bu vəziyyət daha da acınacaqlı ola bilər”,- deyib.

“DSD” İB-nin sədri dənizçilərin pensiya yaşının aşağa salınması, bütün dünya dənizçilərinin yaş həddi ilə bərabər edilməsi ilə bağlı müraciət Azərbaycan Respublikasının Nazirlər Kabinetinə, Milli Məclisinə mətbuat vasitəsi ilə müraciət olunduğu halda  Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin elektron ünvanına da göndərildiyini deyib.

Müraciətdə nazirliyin pensiyalarla bağlı son zamanlar hansısa bir yeniliyə imza atmalsrını isə, problemin köklü halda həll edilməsi olmadığını xatırladıb: “İnsanlar faktiki olaraq, ölənə qədər işləyir. Yəni əmək yaşlarını başa vurmaqla bərabər, həyatlarını itirmələri sanki eyni anda, çox qısa zaman kəsiyində bir-birini əvəzləyir. 65 yaşında təqüdə çıxmağa başqa ad da vermək olmur. Ölkədə yaşanan ömrün orta yaş həddini nəzərə almaq yaxşı olardı”, –  deyən Faiq Balabəyli əlavə edib ki, dənizçilərin ağır və zərərli iş şəraitində çalışamları onların pensiya yaşlarının aşağa salınması üçün əsas verir. Ona görə də xüsusi bir komissiyanın yaradılması və bunun tənzimlənməsi ilə bağlı Nazirlər kabinetinə, Milli Məslisə yenidən müraciət ediləcəyini qeyd edib.

Müstəqil.Az

 

 

 

 

Share: