Dənizçinin özəlliyi  dözümlü, inamlı, verdiyi qərarlarda qətiyyətli olmasıdır- Gənc kapitan 

Müstəqil.Az və Dənizçilərə Sosial Dəstək İctimai Birliyinin birgə layihəsi olan “Dənizçi həyatı”nın bu dəfəki qonağı AXDG QSC XDND-nin TYG “Şüvəlan” gəmisinin kapitanı Muradov Muraddır.

-Murad səninlə xoş görüşdük, necəsən, dənizlə yola gedə bilirsənmi? 

– Salam, sizidə xoş gördük. Yaxşıyam, bəli, hələki yola gedə bilirik.


– Gənc və perespektivi olan kapitansan, gələcək karyeran haqda fikirləşirsənmi? Məsələn, hədəfin nədir?   

– Hər bir gəmi sürücüsünün dənizə gələndə ilk hədəfi Kapitan olmaqdı, mən də bu hədəfimə çatmışam. Təbii ki, bundan sonra da hədəflərim var, mən belə düşünürəm ki, insanların hədəfləri olmasa həyatları maraqsız olar . Bir də onu qeyd edə bilərəm ki, mənə Kapitan olmağımda böyük dəstək olduğu üçün, həmişə onu özümüzə örnək insan kimi gördüyümüz Xəzər Dəniz Neft Donanması idarəsi rəisinin birinci müavini, gənclərə həmişə dəstək olan Məqsəd Fərhadova təşəkkürümüz var. O da Azərbaycan Dövlət Dəniz Akademiyasının tələbəsi olub, bir şox uğurları ilə tələbə yoldaşlarına örnək olub, bu baxımdan ondan öyrənirik, bizim də hədəfimiz onun yolunu getməkdi.

-Özün haqda məlumat verməni istərdim.

– Mən Muradov Murad Allahbağış oğlu 1987-ci ilin may ayının 3-də  ildə Cəlilabad rayon Andryevka (indiki Qara zəncir-red) kəndində anadan olmuşam. Ziyalı ailədə doğulmuşam, Atam və Anam hər ikisi müəllim işləyirlər. Atam Prezident təqaüdçüsü, Əməkdar müəllimdir. Ailəliyəm, 2 övladım var.
– XDND də işləyirsən. Necədir? Heyət üzvləri səndən, sən rəhbərlikdən hər hansı bir məsələyə görə narazı qalmırsan ki?

– Bəli, hal hazırda XDND da TYG “Şüvəlan” gəmisində Kapitan işləyirəm. İdarənin gəmiyə təyin etdiyi rəhbər şəxs kimi çalışıram gəmidə heyyət arasında hər hansı bir narazçılıq olmasın, rəhbərlikdən də mənə bu gənc yaşda kapitan olmağım üçün imkan yaratdıqlarına görə çox razıyam və təşəkkürümü bildirirəm.

-Neçə ildir dənizdəsən? Dəniz sənə nələri verdi?   

– Umümi olaraq 11  ildir dənizdə işləyirəm. 2004-ci ildə Azərbaycan Dövlət Dəniz Akademiyasının Gəmi sürücülüyü fakültəsinə daxil olmuşam, 2008-ci ildə həmin Akademiyanı bitirmişəm, 1 il hərbi xidmətimi başa vurduqdan sonra, 2009 ci ilin Noyabr ayında Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyində Matros kimi işə başlamışam. 2010- cu ilin mart ayından Kapitanın Növbə köməkçisi kimi vəzifə yüksəliçinə irəli çəkilmişəm. 2013-cu ilin may ayından Xəzər Dəniz Neft Donanması gəmilərində Kapitanın Növbə köməkçisi kimi işləməyə başlamışam, 2015 – ci ilin iyun ayından növbəti bilik yoxlanışından keçib  Kapitanın baş köməkçisi vəzifəsinə tyəyin edilmişəm.  2020-ci ilin Sentyabr ayında əvəzedici Kapitan, həmin ilin dekabr ayından isə “Şüvəlan” gəmisində Kapitan işləyirəm.
-Bu artıq bizim layihənin ənənəvi sualıdır; “Dənizçi həyatı” dedikdə nəyi başa düşürsən? Bu həyatın özəllikləri nədir?   

– “Dənizçi həyatı” dedikdə iki ailə başa düşürsən; birinci evdə səni gözləyən ailən, 2 – ci gəmidə olan ailən,  heyət üzvlərin. Bu həyatın özəlliyi  dözümlü, özünə inamlı olmaq, verdiyin qərarlarda qətiyyətli və ən önəmlisi isə Şərəfli iş olmasıdı.
– AXDG QSC hər hansı bir yenilik sənin dənizçi həyatında hansı izləri buraxıb və daha nə gözləyirsən?     

– AXDG QSC yaranandan sonra hörmətli Sədrimiz Rauf Vəliyev cənabları gənclərə çox üstünlük verdi, ona misal olaraq deyə bilərəm ki, işlədiyim dövr ərzində heç bir vaxt keçirilməyən gənc dənizçilərlə hər il 2 fevralda görüş keçirlir. Həmin gənclər günündə görüşdə AXDG QSC sədri şəxsən bizlə özü görüşür, gənc kadr kimi bütün gözləntilərimizi özümüz şəxsən ona çatdırılmasına şərait yaradır.


– Gəncsən, gələcəkdə daha böyük vəzifələrdə özünü təsdiq edə bilərsən, işdi belə hal olsa hansı yeniliklərə imza atarsan?  

– Bəli bu potensialımla yüksək vəzifələrdədə özümü təsdiq edə bilərəm, necə ki, indiki rəhbərlik mənim kimi gənc kadrlara üstünlük verir, mən də çalışaram gənc kadrların irəli çəkilməsinə dəstək olum.

-Murad, sənin kapitanın olduğun gəminin təyinatı nədir, və Neft sənayemizin inkişafı üçün nələr edirsiz?     

– Hal hazırda Təhcizat Yedək Gəmisi “Şüvəlan” gəmisində işləyirəm. Adından göründüyü kimi, gəmi  Neft platformalarının  estekadalarını lazım olan təhcizatla  təmin edir. Bir Kapitan, bir gəmi sürücüsü kimi idarə tərəfindən verilən tapşırıqları vaxtından, səmərəli və təhlükəsiz yerinə yetirərək neft sənayesinə üstümüzə düşən öhdəlikləri yerinə yetiririk

-Tədrisdən sonra dənizə gələn gənclərimiz var, onlarla iş qurmaq, dənizlə onların arasında doğmalıq yaratmaq çətin deyil ki?

– Yox, çətin deyil, işini sevən bir şəxs olaraq, onlarında işlərini sevmələrinə daha da səylə çalışmalarına onların hər çətinliyin öhdəsindən gəlmələrinə kömək edirəm. Dənizə yeni gələn dənizçi öyrənmək üçün daha da həvəsli olur, bu da sənin onlarla işləməyinə heç bir çətinlik yaratmır.
Murad, bəzən dənizçilərimiz mahiyyətinə varmadan giley-güzar edirlər və bu gileyin içində haqlı və haqsız olanlar da olur. Səncə dənizçilərimiz necə olsa giley-güzarsız keçinər?

– Hər bir işin çətinliyi, məsuliyyəti olduğu kimi, bizim işimizində çətinliyi, məsuliyyəti var. Bu sənəti seçən şəxs bu çətinliyi bilməli, onun öhdəsindən gəlməyi bacarmalı, giley-güzar etməməlidir.

– Necə düşünürsən, son dövrlərdə gəmilərimizin boş dayanmaması üçün nələr etmək olar? Baxmayaraq ki, bu suala cavab verə biləcək vəzifələr sırasında sənin vəzifənin yeri yoxdur, amma bütün hallarda mütəxəsis kimi fikrini bilmək maraqlı olardı.

– Gəmilər hal hazırda olan şəraitlə bağlı işləməməsi bizi də narahat edən məsələdir, bu məsələnin aradan qaldırmaq üçün bizim də öhdəliyimizə nə düşürsə, bir dənizçi kimi etməyə hazır olmalıyıq.
-Sonda Dənizçilərə Sosial Dəstək İB-nin hansı mövzulara toxunmağı vacibdir ki, bu həm dononma rəhbərliyinə kömək, həm də dənizçilərimizin sosial rifahının diqqətdə qalması üçün önəmli olsun.         – Bu ikitərəfli səylərin olması nəticəsində yaranmalıdır, dənizçi öz işini ləyaqətlə yerinə yetirməli, xeyir verdiyi halda Donanmada onların yaşamasını, rifahını yaxşılaşdırılması üçün əlindən gələni etməlidir. O ki, qaldı DSD İB-nin işini necə qurmasına, hər kəs bilir ki, siz bu işin öhdəsindən gələcəksiniz. Bunun üçün dənizçilərimizin hər hansı bir problemi olarsa Dononma rəhbərliyinə, yaxud İB lik olaraq sizin komandaya müraciət etməlidir. O da doğrudur ki, dənizçinn problemi təkcə dənizlə, işlədiyi idarə ilə deyil, başqa sahələrdə də olur. Düşünürəm ki, dənizçi dənizdə olarkən ailə üzvləri, övladları hər hansə bir süründürməçiliklə üzləşməməlidir.
– Müsahibə üçün təşəkkürümü bildirirəm.

– Mən sizə təşəkkür edirəm bir gənc dənizçi olaraq məni diqqətdə saxladığınız üçün. Sonda sizin vasitənizlə onu deyə bilərəm ki, 2020-ci il nə qədər pis başlasa da,  sonu çox yaxşı bitdi, bizim umümi Azərbaycanın dərdi olan Qarabağ torpaqlarımızı düşməndən geri qaytardıq. Onun üçün çox hörmətli Prezdentimizə, Ordumuzun Ali Baş Komandanı İlham Əliyev cənablarına, onun xanımı Mehriban Əliyevayya  bu sevinci bizə yaşatdıqlarına görə çox təşəkkür edirəm. Allah Şəhidlərimizə rəhmət eləsin. QARABAĞ AZƏRBAYCANDI!

Söhbətlşdi: Faiq Balabəyli

Share:

Author: Müstəqil AZ