“Övladlarımızı Qarabağda ölməyə göndərməyin”

Yerevanda etiraz aksiyası keçirən bir qrup valideyn müddətli həqiqi hərbi xidmət keçən erməni əsgərlərinin Azərbaycan dövlətinin ərazisi olan Qarabağa göndərilməsinə qarşı çıxıblar.

Müstəqil.Az Virtualaz.org -a istinad edib bildirir ki, etiraz iştirakçıları Yerevandakı Hərbi Universitetin qarşısında toplaşıblar.

Valideynlərdən biri Vazgen Sarkisyana deyib ki, övladlarını Qarabağa aparmasınlar, çünki yol təhlükəlidir. Çağırışçı valideynlərinin sözlərinə görə, heç bir təminat yoxdur ki, onların uşaqları Qarabağ sağ-salamat çatacaq.

“Qoy kimsə Müdafiə Nazirliyindən çıxıb desin ki, bizim uşaqlar Ermənistanın hərbi hissələrinə göndəriləcək” – o, deyib.

Müstəqil.Az

Share: