TƏBİB-dən vaksinlə bağlı yeni AÇIQLAMA

Vaksinlərin alınması ilə bağlı bir neçə mərhələdə müzakirələr aparmışıq.

 

Müstəqil.az xəbər verir ki, bunu TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu Departamentinin müdiri Yaqut Qarayeva bildirib.

 

TƏBİB rəsmisi deyib ki, hazırda Türkiyədən peyvəndlərin gətirilməsi daha real görünür.

 

“Biz eyni zamanda GAVI (Global Alliance for Vaccines) təşkilatı ilə saziş imzalamışıq. GAVİ-dən əhalimizin 10 faizini peyvənd edə biləcək qədər vaksinlər alacağıq. GAVİ tərəfindən bizə hansı peyvəndlər veriləcək? Bizdə hələlik bu barədə məlumat yoxdur. Amma əlçatanlıq, zaman məsələsi var. GAVİ-dən aprel ayında peyvənd gözləyirik, onda da qış keçmiş olacaq. Avropa ölkələrində peyvəndləmə başlanıb. Biz də bu ölkələrin sırasında olmaq istəyirik. Gələcəkdə əminəm ki, seçim daha çox olacaq”, – deyə Y.Qarayeva vurğulayıb.(Modern.az)

Share: