Nailə Mirməmmədli dəfn olundu

Bəstəkar, əməkdar incəsənət xadimi Nailə Mirməmmədli vəfat edib.

Bu barədə Müstəqil.Az-a-a mərhumun tələbələri məlumat verib.

***

Nailə Mirməmmədli son mənzilə yola salınıb.

Mərhumun vida mərasiminə onun yaxınları, sənət dostları və tələbələri iştirak edib.

Vida mərasimindən sonra Qurd qapısı qəbiristanlığında həyat yoldaşı Hikmət Mirməmmədlinin yanında torpağa tapşırılıb.

Qeyd edək ki, Nailə Mirməmmədli 23 may 1961-ci ildə Bakıda anadan olub. 1968-1979-cu illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində Fortepiano ixtisası üzrə təhsil alıb.

1981-1985-ci illərdə Tusi adına Pedaqoji Universitetdə musiqişünas, dirijor, xormeyster, vokal, aranjiman, orkestrovka ixtisasları üzrə təhsil alıb. 1994-1997-ci illərdə Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasında musiqişünaslıq və Tofiq Quliyevin sinfində (Tofiq Quliyevin ilk və son tələbələrindən biri) bəstəkarlıq ixtisaslarına yiyələnib.

1994-2004-cü illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində müəllim, “Bənövşə” xorunda xormeyster və ansambl rəhbəri vəzifələrində çalışıb. 2003-cü ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Musiqi fakültəsində dosent, baş müəllim vəzifəsində çalışırdı.

2020-ci ildə Bakı Dövlət Universitetinin Elmi Şurasının qərarı ilə yeni yaradılan Mədəniyyət-yaradıcılıq Mərkəzinin direktoru təyin edilmişdi.

Nailə Mirməmmədli mərhum bəstəkar Hikmət Mirməmmədlinin həyat yoldaşıdır. İki oğlu, bir qızı var.

Allah rəhmət eləsin.

A. Faiqqızı

server yazılım lisansı satın al

Share: