Minasyan: Abazyan məxfi şəkildə Bakıya göndərilir – Video

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyan Moskvada Azərbaycandan olan həmkarı ilə görüşdən sonra tam məxfi şəraitdə Bakıya göndəriləcək.

Müstəqil.Az xəbər verir ki, bu məlumatı Ermənistanın Vatikandakı keçmiş səfiri Mikayıl Minasyan paylaşıb. Onun sözlərinə görə, Abazyanın qarşısına qoyulan hədəf odur ki, şifahi razılaşmaları və biabırçı güzəştləri yazılı şəkildə qeyd edib, rəsmiləşdirsin, eləcə də növbəti öhdəliklər götürsün.

Qeyd edək ki, Mikayıl Minasyan keçmiş prezident Serj Sərkisyanın kürəkənidir. Korrupsiyadan dolayı barəsində cinayət işi açılan Minasyan İrəvana gələ bilmir, amma xaricdə oturaraq, Ermənistan hakimiyyətinə qarşı çox aktiv təbliğat aparır.

Maraqlıdır ki, onun bir çox hallarda təsdiqini tapmayan və manipulyasiya edilmiş məlumatlarını erməni mediası böyük həvəslə tirajlayır.

coreldraw satın al

Share: