Azərbaycanlı döyüşçünün əsl qələbəsi… – VK

Bir il əvvəl azərbaycanlı döyüş sənətləri idmançısı Tofiq Musayev Rizin Qran-Prisini qazandı, Conni Keysi və Patrik Freyri nokautla məğlub etdi.

Müstəqil.Az xəbər verir ki, bu barədə “Vestnik Kavkaza” nəşri məqalə dərc edib.

Nəşr yazır ki, Musayev dünya şöhrətli döyüşçü olmağına baxmayaraq, əsl qələbəni cəhbədə qazanıb:

“Ötən il sentyabrın sonlarında Tofiq Musayev ikinci Qarabağ müharibəsi zamanı ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizə aparmaq üçün Azərbaycan Silahlı Qüvvələrinin sıralarına daxil olub. Bəzi məlumatlara görə, çempion kəşfiyyatda xidmət edib. 44 günlük müharibədən sonra Azərbaycan beynəlxalq ictimaiyyət tərəfindən tanınmış ərazilərini bərpa etdi. Yalnız Tofiq Musayev deyil, eyni zamanda azərbaycanlı güləşçi Əfqan Xaşalov, taekvondoçu Ayxan Tağızadə və digər tanınmış idmançılar da öz nümunəsi ilə əsgərləri ilhamlandırdı və ölkəsinə əsl qələbəni qazandırdı”.
Fatimə Zülfüqar

softmvh.com

Share: