ABŞ Rusiyanı belə bitirmək istəyir – Vasserman

Peyvəndləməyə baxmayaraq, 2021-ci il koronavirusun diktəsi altında keçəcək. Koronavirusla bağlı məhdudiyyətlər isə payıza yaxın, ola bilsin, daha tez aradan qaldırılacaq.

Müstəqil.Az xəbər verir ki, bunu məşhur rusiyalı jurnalist və aparıcı Anatoli Vasserman 2021-ci illə bağlı proqnozlarında deyib.

Vasserman hesab edir ki, dünya siyasi səhnəsində Üçüncü Dünya müharibəsinə gətirib çıxaracaq vəziyyət yaradılır:

“Ehtimal ki, ABŞ (Co Bayden – red.) Rusiyaya sanksiyaları sərtləşdirəcək və Moskva və Pekinə qarşı düşmən siyasət aparacaq”.

Onun sözlərinə görə, ABŞ Rusiyanı ətrafındakı lokal qarşıdurmalarla bitirmək niyyətindədir və məhz bu səbəbdən ABŞ Ukryananı silahla doldurur:

“Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının zabitləri jurnalistləri xəbərdar edir ki, yazda Donbasda gərginlik planlaşdırılır”.

Vasserman ehtimal edir ki, sentyabrda Dövlət Dumasına seçki ərəfəsində Rusiyada etiraz aksiyaları keçiriləcək.

“Lakin Rusiyada rəngli inqilab ssenarisini həyata keçirmək Serbiya və ya Qırğızıstandan daha çətindir”, – Vasserman bildirib.

Anar Əhmədov

Share: