“ASCO Mühafizə” MMC-nin əməkdaşı üç medalla təltif olunub

O, Füzuli, Xocavənd və Şuşanın işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirib. Elə buna görə də Azərbaycan Prezidenti cənab İlham Əliyevin Sərəncamları ilə “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Həmkarımızı təbrik edir, ona cansağlığı və uğurlar arzulayırıq.

Share: