Sənin də xəstəliyin bu zəhrimar pandemiya kimidi… – Rəfail Tağızadə

Bilmədim 26 dekabrda səninlə bağlı nə yazım, Xankəndim.

Sənə yenə işğaldasanmı yazım?! Yarı qara, yarı qırmızımı yazım..? İki qat işğalmı yazım?

Bilmirəm nə yazım.

Qarabağımızın işğal günləri qurtardı, dedik.

 

Sənə gedə bilirikmi, gedə biləcəyikmi? Yanımızda gərək sülhməramlımı olsun? Aramızda rusmu olsun?

 

Bayrağım səndə dalğalanırmı? Yarı küsülümü? Ya yoxdu? Yoxsa yenə başqalarının bayrağımı dalğalanır bizim havada?

 

Səndən dəqiq xəbərimiz yox.

Nələr baş verir orada?

 

Ağdamdan sənə gələ bilmirəm.

Şuşadan sənə düşə bilmirəm.

Səndən Şuşaya qalxa bilmirəm.

Şuşadan sənə baxa bilmirəm.

De görüm, kiminsən sən, Xankəndim?

Qalmışam yenə suallar dərinliyində.

 

İki yiyəliyin sualı dolaşır başında. Mən hələ də kənardayam.

Qarışıq dillərdən, qarışıq baxışlardan nə vaxt qurtulacaqsan?

Sənə bizimkimi deyim? Deməyim?

Buna nə sən cavab verə bilirsən, nə səlahiyyətlilər.

Cavabı yenə zamanamı buraxaq?

 

Açılma düsturun hələ tapılamyıb.

Sənin də xəstəliyin bu zəhrimar pandemiya kimidi. Uzanır.

Vaksinin də sual altında…

 

    Rəfail Tağızadə

26.12.2020

     Müstəqil.Az

 

В Ханкенди вернулись еще 475 беженцев из Еревана | Вестник Кавказа

Share:

Author: admin