Tələbə, dənizçi, döyüşçü Əbil -Vətən müharibəsinin qalibi

Vətən müharibəsində düşmınlə üz-üzə gələn, öncə Vətəndir, deyən say seçmə oğullarımız haqda bəhs etməklə həm bitməz, həm də yorulmarıq.

Müstəqil.Az və Dənizçilərə Sosial Dəstək İctimai Birliyinin birgə lahiyəsi olan, yazılmaqda olan dənizçi qəhrəmanlarımız haqqında enisklopedik yaddaş kitabında yer alacaq igid dəniçilərimizdən biri də  Əbil Xanışovdur. O, 1996-cı ildə Beləsuvar rayonun Bəydili kəndində anadan olub.
Azərbaycan Dövlət Dəniz Akademiyasının 4-cü kurs tələbəsi olan Əbil müharibə başlayanda təhsilini yarımçıq qoyub könüllü olaraq cəbhəyə gedib.
Əbilin döyüş yolu Cəbrayıl, Xocavənd, Füzuli, Zəngilan, Şuşa uğrunda döyüşlərdən keçib. O,  kəşfiyyatçı-döyüşçü kimi döyüşüb, düşmənin onlarla canlı qüvvəsini məhv edib. Düşmın arxasında apardığı kəşfiyyatdan sonra döyüşçü dostlarına, komandanlığa ötürdüyü  dəqiq məlumatlar  qarşı tərəfin hərbi istehkamlarının, texnikalrının əsgərlərimiz tərəfindən dəqiq atəılərlə susdurulub, məhv edilib və qənimət kimi götürülüb.
Ə. Xanışov qələbədən sonra hal-hazırda ordudan təxris olunib,  evindədir və təhsilini davam etdirir.
Azərbaycan məhz belə oğulları ilə mənfur düşmən üzərində parlaq qələbə qazandı. Təhsilini yarımçıq qoyub döyüşə gedən Əbil kimi gənclərimizlə, oğullarımızla biz qalıb gəldik. 
ADDA-nın məzumları arasında onlarla igidimiz var ki, bu qələbədə onların da payı çoxdur. Lakin  Əbil yeganə tələbədir ki, təhsilini yarımçıq qoyub, cəbhəyə yola düşüb.
Xatırladaq ki, Əbil 2016-cı ildə həqiqi hərbi xidmətdə olarkən Naxçıvanda da müəyyən yüksəkliklər uğrunda getmiş döyüşlərdə iştirak edib, düşmənə sarsıdıcı zərbələr endirib.
II Qarabağ savaşında isə tələbə-döyüşçü Əbil Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamları ilə iki medalla –  Xocavənd və Füzulinin azad olunmasına görə medalları ilə təltif olunub…
F.Balabəyli
 
Share: