“Fənərbaxça”nın 3 futbolçusunda koronavirus aşkarlanıb

Türkiyənin “Fənərbaxça” klubu koronavirus testinin nəticələrini açıqlayıb.

Müstəqil.Az saytının məlumatına görə, “sarı-lacivərdlilər”də 3 nəfərin testi pozitiv çıxıb.

Məşqçi korpusu, futbolçu heyəti və klub işçilərindən götürülən testin nəticəsinə əsasən, 3 futbolçunun virusa yoluxduğu aşkarlanıb. Adları açıqlanmayan həmin oyunçular artıq təcrid olunublar.

Qeyd edək ki, “Fənərbaxça” bu gün start verilən Super Liqanın XV turunda istirahət edəcək.

Müstəqil.Az

Share: