“TƏBİB ləğv edilməlidir” – Deputat

“Biz icbari tibbi sığortaya keçirik. Səhiyyə müəssisələri özəlləşdirilməlildir”.

 

Modern.az xəbər verir ki, bunu bu gün Milli Məclisin plenar iclasında  gələn ilin büdcə zərfinin müzakirəsi zamanı parlamentin Hüqüq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev bildirib.

Q. Həsənquliyevin sözlərinə görə, TƏBİB də özünü doğrultmayıb, bu qurum ləğv edilməli, Səhiyyə Nazirliyinin səlahiyyəti özünə qaytarılmalıdır:

 

“İri dövlət şirkətlərinin isə 51 faizi dövlətdə saxlanılmaqla, 49 faizi özəlləşdirməyə çıxarılmalıdır”

Share: