“İnsanlar “TƏBİB”ə nifrət edirlər, Səhiyyə Nazirliyinin səlahiyyəti özünə qaytarılmalıdır”

“Biz icbari tibbi sığortaya keçirik. Səhiyyə müəssisələri özəlləşdirilməlildir”.

Müstəqil.Az bildirir ki, bunu bu gün Milli Məclisin plenar iclasında  gələn ilin büdcə zərfinin müzakirəsi zamanı parlamentin Hüqüq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib.

Q. Həsənquliyevin sözlərinə görə, TƏBİB özünü doğrultmayıb, bu qurum ləğv edilməli, Səhiyyə Nazirliyinin səlahiyyəti özünə qaytarılmalıdır.

Millət vəkili qeyd edib ki, insanlar “TƏBİB”ə nifrət edirlər. “TƏBİB” adlı bir qurum yaradıldı, amma nəticədə insanlar ona nifrət etməyə başladılar. Düşünürəm ki, bu strukturu ləğv etmək lazımdır. İri dövlət şirkətlərinin isə 51 faizi dövlətdə saxlanılmaqla, 49 faizi özəlləşdirməyə çıxarılmalıdır”, – deyə Q.Həsənquliyev bildirib.

Müstəqil.Az

Share: