İsrail bayrağının yandırılması videosu… – DİN

Ötən gecədən sosial şəbəkələrdə İsrail bayrağının Gəncə sakini tərəfindən yandırılması başlığı altında görüntülər paylaşılır.

Müstəqil.Az xəbər verir ki, sözügedən kadrda bir şəxsin qaranlıq küçədə dua oxuyaraq İsrail bayrağını yandırması əks olunub.

Məsələ ilə bağlı saytımıza açıqlama verən Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, Azərbaycanda belə bir fakt qeydə alınmayıb:

“Həmin görüntülər Azərbaycanda çəkilməyib. Əvvəllər başqa ölkədə çəkilən videoda baş verənlərin guya Gəncə şəhərində qeydə alınmış kimi təqdim edilməsi təxribat məqsədilə edilib. Bu görüntünün Azərbaycana, Gəncə şəhərinə aidiyyəti yoxdur”.

E.Zahidov qeyd edib ki, həmin videogörüntünü təxribat məqsədi ilə Gəncədə baş vermiş kimi təqdim edənlərin müəyyən edilməsi istiqamətində Daxili İşlər Nazirliyi və digər aidiyyəti dövlət qurumları tərəfindən birlikdə araşdırma aparılır.

Nərmin Ələkbərli

Share: