Xeyriyyəçi xanım şəhidlərin xatirəsini əbədiləşdirmək üçün Afrikanın bir bölgəsinə su çəkdirdi – Foto ,VİDEO

Müstəqil.Az xəbər verir ki, uzun illərdir İsraildə yaşayan azərbaycanlı xeyriyyəçi xanım İsmayılova Afət Sənham qızı Afrikada, Çad respublikasının bir bölgəsinə öz şəxsi vəsaiti hesabına su  çəkdirib.

Afət xanımın verdiyi məlumata görə o, uzun zamandır “İraq Türkmənləri Ədalət Yardımlaşma Dərnəyinin” üzvüdür və zaman -zaman əlindən gəldiyi qədər ehtiyacı olan insanlara yardım etməyi özünə borc bilir.

Sin descripción disponible.

İnşa edilmiş kiçik su quyusunun üstünə vurulan lövhə isə diqqətçəkici və qürurvericidir :

“Su quyusu projesi  Cənub bölgəsinin şəhidlərinin xatirəsinə Afət İsmayılov tərəfindən inşa edilmişdir…”

Əslən Azərbaycanın cənub mirvarisi sayılan Lənkərandan olan Afət İsmayılovanın İkinci Vətən Müharibəsi zamanı qəhrəmancasına vuruşmuş igid oğullarımızın xatirəsini uzaq, susuz Afrikada əbədiləşdirməsi tədqirəlayiqdir…

Hər zaman halal zəhməti ilə çörəyini qazanan və qazancını ehtiyacı olanlarla bölməkdən çəkinməyən  bu zəhmətkeş xanımı ölkəmizdə də tanısınlar, istədim. Dünyamızın ,insanlarımızın abad və sağlam gələcəyi üçün hər kəs bir çiçək, bir ağac belə əksə bəşəriyyət xəstəliklərdən, bəlalardan uzaq olar,düşünürəm… Dünya cənnətə dönər.

 

Aysel Səfərli

Müstəqil.Az

VİDEO:

Share: