Çində dedveyti 100 min ton olan üzən balıqçılıq ferması inşa ediləcək – VİDEO

Dekabrın 19-da Şandun əyalətinin Tsindao şəhərində dedveyti 100 min ton olan dünyanın ilk üzən balıqçılıq fermasının inşasına start verilib.

Müstəqil.Az “Seanews.az” -a istinad edərək xəbər verir ki, üzən ferma 2022-ci ilin martında istismara veriləcək.

Uzunluğu 250, eni isə 45 metr olan üzən vasitənin sürət həddi 10 uzelə bərabərdir.

Yeni texnologiyalara təchiz edilmiş gəmi ən kəskin hava şəraitində belə üzmək qabiliyyətinə malikdir.

“Xinhua” agentliyindən verilən məlumata görə, Çin, balıqçılıq sənayesinin inkişafı üçün bu tipli daha 50 ədəd gəminin inşasını planlaşdırır.

Müstəqil.Az

Share: