Norveç dənizində böyük neft yatağı kəşf olunub

“Report” “İnvesting.com”a istinadən xəbər verir ki, Norveç Neft Direktorluğunun (NPD) məlumatına görə, yatağın ehtiyatı 76-201 milyon bareldir və həmin neft mövcud infrastruktur vasitəsilə hasil oluna bilər.

Qeyd edək ki, gələn il Norveç tərəfindən dəniz yataqlarında neft-qaz hasilatına yatırılan vəsaitlər 4,2 faiz azalaraq 20,5 milyard ABŞ dolları təşkil edəcək. Halbuki ilin əvvəlində bu göstərici 18,4 milyard ABŞ dolları həcmində güman edilirdi. Noyabr ayında Norveç neft hasilatını 8 faiz artıraraq 2,026 milyon barelə çatdırıb.

Müstəqil.Az

Share: