Ellər səni anar, səni əzizlər

Qəhrəmanlarımızı tanıyaq və tanıdaq….

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə “Cəsur döyüşçü” medalına layiq görülən hərbçilərimizin sırasında Bağırov Anar Şahid oölu da var. Vətənimizin azadlığı və ağırlığı, ərazi bütövlüyü onların mətin çiyinlərindədir.

Birinci Qarabağ döyüşlərində “Lənkəran” briqadasının komandiri, dayısı Mikayıl Hacıyev kimi qəhrəmanlarındı bu Vətən, bu el, bu oba. 1992-93-cü illərdə Mikayıl Hacıyevin göstərdiyi rəşadət, cəsurluq illər keçməsinə baxmayaraq, indi də dillər əzbəridir.Zabit və əsgərlərinin sevimli komandiridir. “Qoç igid dayısına çəkər”‘- deyib ulularımız.
Anar Bağırov Şahid oğlu 1976-cı ildə Lənkəran rayonunun Xolmili kəndində anadan olmuşdur.1993-cü ildə Anar Xolmili kəndin orta məktəbini bitirmişdir. Həmin il də Bakı Ali Hərbi Birləşmiş Komandirlər Məktəbinə daxil olmuşdur.1995-ci ildə müəyyən səbəblərdən həmin məktəbdən xaric olunmuş və 952 saylı hərbi hissəyə xidmət etməyə göndəriblər. Bir illik döyüş xəttində xidmətdən sonra yenidən Bakı Ali Hərbi Komandirlər Məktəbinə qayltmışdır.
1999-cu oldə Dövlət imtahanından güya, qeyri-kafi qiymət aldığına görə məktəbdən tərxis olunub və 701saylı hərbi hissədə-cəbhə xəttində xidmətə göndərilib. Bir illik xidmətdən sonra təkrar Dövlət imtahanında iştirak etmişdir. Dövlət imtahanında yüksək bal toplayaraq, Leytenant rütbəsinə layiq görülmüşdür.172 saylı hərbi hissəyə tağım komandiri təyin olunmuşdur.Yəni cəbhə xəttinin Murov dağ istiqamətində,2001-ci ildə, 063 saylı hərbi hissəyə batareya komandirinin silahlandırma üzrə müavini təyin olunmuşdur.2010-cu ildə, 130 saylı hərbi hissəyə tağım komandiri təyin olunmuşdur.2011-ci ildə 191 saylı hərbi hissəyə xidmətinin davamı olaraq göndərilmişdir.2014-cü ildə Konstitutsiyanın 156 maddəsinin “J” bəndini əsas götürərək, öz istəyi ilə təqaüdə çıxmışdır…2020-ci ildə sentyabr ayının 21-də hərbi kommisarlığın çağırışı ilə 702 saylı hərbi hissəyə, sonra isə 704 saylı hərbi hissənin 5 tabor, 15 bölük birinci tağım komandiri vəzifəsinə təyinat aldı. Ali Baş Komandanımızın səfərbərlik çağırışı ilə ilk gündən döyüşlərə atılmışdır.Anarın döyüş yolu Füzuli, Cəbrayıl, Hadrud, Zəngilan, Qubadlı döyüşlərindən başlayır.Bu torpaqların azad olunmasında Anarın rotasının fədakarlığı böyük olmuşdur.Rotanın döyüşçülərinin 80%-i Talış zonamızın mərd, qorxmaz igidləridir.Rotanın 60% əsgərləri şəhid oldular.Qubadlıda döyüşlərin birində Anar belindən güllə yarası alıb.Füzuli, Neftçala və Lənkəran xəstəxanasında müalicə olundu. Sağaldıqdan sonra Anar yenidən öz rotası ilə cəbhə bölgəsində-Xocavənd istiqamətində fəaliyyət göstərir.
Allah çox sevdiyi insanları sınağa çəkir. Tale onu on səkkiz ildən sonra Mələk adlı gözəl bir qız ilə müjdələyir…Anar çox sevdiyi anasını da illərlə uşaq həsrətində olub, təbərrük olan qızının sevgisini də Vətən sevgisində üstün tutdu…Qızının gözlırinin gözəlliyində, sevincində tapır, rahatlığı da xoş ovqatı da….Atalıq duyğusallığı, atalıq hissi bütün hisslərdən ucadır…Lakin məsafəcə ciyərparasından çox-çox uzaqlarda… İsti ürəklər yaxındır…
Vətən fədaisinə, Vətən qazisinə Tanrıdan uzun ömür, can sağlığı diləyirəm! Şəhidlərimizə Allah rəhmət eləsin! Qarabağ Azərbaycandır!
Səmayə Güləliqızı.
20.12.2020.
Share: