Məzardakı 30 yaşın, şəhadətin mübarək, şəhidim!

Bu gün nurüzlü Şəhidimiz Kazımov Vüsal Kamran oğlunun doğum günüdür.
Qəhrəmanımız Lənkəran rayonu Yuxarı Nüvədi kəndində dünyaya göz açmışdır.
Mən Vüsalı körpəlyindən tanıyırdım.Onun vətənini necə sevməsi düşmənə nifrəti gözümün önündə olub.
Lənkəran Dövlət Universitetində “Fiziki tərbiə və hərbi hazırlıq” ixtisasında təhsil alarkən,geydiyi hərbi formada necə şux,hünərlə qəhrəman kimi gəzməsi hər an xatirimdədir.İgidimiz hər an dost üçün,vətən üçün canından keçəcək birisi idi.Vüsal heç vaxt gözə girməyi,tərifi sevməzdi.
Atasının təhsil aldığı universitetdə məsul vəzifədə çalışmasına baxmayaraq,özünə görə tanınardı.
Bir müəllim kimi hər zaman onun hünəri ilə qurur duymuşam.
Xalq şairi Məmməd Araz belə hünərli insanların şəninə deyirdi “Mərd oğullar mərdliyi ilə öyünməzlər,torpaq altda ölümlüyə gömülməzlər.
La imagen puede contener: 1 persona
Kimsə Vüsalın yerində olsaydı bəlkə 44 günlük müharibədən də yayınardı.
Vətənin dar gününə Vüsal biganə qala bilmədi,ailənin tək oğul övladı olmasına baxmayaraq igid şəhidimiz Lənkəran Şəhər Gənclər və İdman idarəsinin nəzdindəki Uşaq-Gənclər İdman Məktəbinin direktoru vəzifəsində çalışmağına baxmayaraq vətəninin çağırışına qatıldı.
Mərdlik və igidlik kökdən gələn əlamətdir.
Körpə fidanları Nuray və Aynuru bağrına son dəfə basıb silaha sarıldı igid şəhidimiz……
Müharibənin ən qızğın dövrü 26 oktyabr 2020 ci il tarixində oldu, sonuncu zəngidə elə gün Fizulinin Yuxarı Dilağardı kəndindən gəldi Vüsal ciyərparələrini əmanət etdi ata-anasına və canından artıq sevdiyi vətəninə qovuşdu.
Düşmən düşməndir,nə yaxşısı nə yamanı,igid qəhrəmanımız vətən uğrunda qəhrəmancasına həlak oldu.Şəhidimiz 29 noyabr tarixində doğulduğu Yuxarı Nüvədi kəndində dəfn olundu.
Heç vaxt kimsənin üzülməsini sevməyən şəhidimiz,onu canlarından artıq sevən qohumları əbədi sarsıltdı.
Göz yaşını silən olsa,ağlamaq əzab deyil söyləyib ulularımız,sənin üçün axıdılan göz yaşları,səninlə bağlı xatirələr heç vaxt tükənməyəcək əzizim.
Məzardakı 30 yaşın,şəhadətin mübarək şəhidim!
And içdin qürurla ulu bayrağa,
Zəfər qazandırdın Azərbaycana,
Sığınaraq haqqın dərgahına.
Torpağa əmanət oldun, şəhidim.
Bacılar gözlədi qardaş yolunu,
Fəqət qucaqlamaq olmadı nəsib,
Göz yaşı sel oldu gül üzlərində,
Qaldılar boyuna həsrət, şəhidim.
Qardaş kəlməsinə dilləri həsrət,
Qardaş simasına gözləri həsrət,
Yaradan yazıbmış yarımçıq qismət,
Ömrü yarım qalan məğrur, şəhidim.
Həyat yoldaşının boynu bükükdür,
Bu necə ayrılıq bu nə hökümdür.
Sənsizlik ay Allah demə zülümmüş.
Cismi səmalarda gəzən şəhidim.
Aynurun,Nurayın göz nurumuzdur,
Adın fəxrimizdi,qürurumuzdur,
Onlar yaşamağa umudumuzdur,
Səni unutmarıq əsla, şəhidim.
Gəzir hər tərəfi gül balaların,
Səni axtarırlar səni sorurlar,
Şəklinlə birazcıq təskinlik tapıb,
Öpüb oxşayırlar səni, şəhidim.
Keçəcək əsirlər,keçəcək illər,
Tarix kitabından silinməzsiniz,
Siz xalqın könlündə qalıb əbədi,
Daim yaşarsınız qəlbdə, şəhidim.
Zəfər qəhrəmanı,ər igidlərim,
Siz elin qüdrətli bir hünərvəri,
Getdin qorxmadan daim irəli,
Dağ çəkdin düşmənə, igid şəhidim.
Qəlbimiz sevincli,gözümüz yaşlı,
Olmuşdu hər yerdə başımız daşlı.
Şəhidlər görünməz,heç zaman yaşlı.
Şəhadət şərbətin içən şəhidim.
Əbədi cənnətə köçən şəhidim.
Lənkəran Dövlət Universiteti
Tar.ü.f.d. b/m
Məcidova Leyla Qadır qızı
Müstəqil.Az
Share: