45 il dalğalarla dostluq edən bosman…

2021- ci ildə dənizə gəlişinin 45 ili tamam olacaq. Bu gün isə ömrünün 62-ci ilini tamalayır. Kollektivdə işgüzarlığı ilə tanınır. Həyat təcrübəsi, dənizçilik həyatı onun xarakterində mühüm rol oynayıb. Özünəməxsus fikir və düşüncəsi, seçdiyi sənətə bağlılığı onu digərlərindən fərqləndirir.

Qəhrəmanımızı yaxından tanıyaq; Ramazanov Hacı Qayvalı oğlu. 1958- cilin bu günündə, dekabr ayının 16-da Zaqatala rayonunun Muğanlı kəndində anadan olub. İndiki  Bakı Dövlət Universitetinin bitirsə də taleyini gəmiçiliyə bağlayıb. 1976-cı ildə indiki Bibiheybət gəmi Təmiri zavodunda əmək fəaliyyətinə başlayıb. Bir müddət sonra isə XDND idarəsinin gəmilərində əvvəlcə matros, sonradan isə bosman vəzifəsinə təyinat alıb. Hazırda “Şamaxı” tankerində bosman olaraq şalışır.

Təcrübəli bosman əmək veteranıdır. XDND rəhbərliyi tərəfindən dəfələrlə fəxri fərmanlarla və digər mükafatlarla onun əməyinə, işgüzarlığına qiymət verilib. Gənc dənizçilərdən təcrübəsini əsirgəmir.
“Dənizçilərə Sosial Dəstək” İctimai Birliyi təcrübəli dənizçinin doğum günü münasibəti ilə təbrik edib və ona xüsusi hədiyyə təqdim edib.
Müstəqil.Az

Share: