Dəniz Əmək Konvensiyasına dəyişikliklər olunub

Müstəqil.Az “Seanews.az” -a istinadən xəbər verir ki, yeniliyə əsasən, quldurlar dənizçini əsir və ya girov götürsə də, onunla bağlanmış əmək müqaviləsi qüvvədə qalacaq.

Bir sıra dənizçilik şirkətləri gəmilərini təhlükəli ərazilərdə istismar etmədiyindən dəyişikliklər onlara şamil edilməyəcək. Bununla belə, həmin şirkətlərin gəmiləri təhlükəli ərazilərdən keçərsə və dənizçilər girov götürülərsə, həmin gəmilərin sahibləri yeni dəyişiklərə riayət etmək məcburiyyətində qalacaqlar.

Dəyişikliklər 2020-ci il dekabrın 26-dan qüvvəyə minəcək.

Müstəqil.Az

Share: