İranın şeirə sərt reaksiyasının səbəbi… – Türk ekspert

Qarabağ böhranı ilə bağlı İranda son vaxtlarda narahatlıq hiss edilirdi.

Müstəqil.Az xəbər verir ki, bunu İran üzrə türkiyəli ekspert Hakkı Uyğur ölkə mətbuatına açıqlamasında deyib.

O bildirib ki, Tehran prosesin tez zamanda nəticələnəcəyini gözləmirdi:

“Buna görə də İran Qarabağla bağlı mövqeyini ortaya qoydu və Ayətullah Xamenei “İşğal altındakı torpaqlar boşaldılmalıdır” açıqlamasını verdi. Bu zamana qədər məsələyə həm cəmiyyət, həm də siyasi cəhətdən ikitərəfli yanaşılırdı. Bəzi fars millətçiləri İranın bitərəf qalmasını və Ermənistana dəstək verilməsinin vacibliyini vurğulayırdı. Müharibənin Azərbaycanın lehinə nəticələnməsi və Türkiyənin qardaş ölkəyə böyük mənəvi dəstəyi qalmaqala səbəb oldu. Azərbaycan Prezidenti İlham Əliyev də bunun fərqindəydi. Bakıdakı Zəfər paradında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın o şeiri (Arazla bağlı bayatı nəzərdə tutulur – red.) oxumasına İran sərt reaksiya verdi. Çünki İranda artan türk millətçiliyi mövcuddur. İran rəsmiləri də bundan narahat oldu”.

Müstəqil.Az

Share: