Türk PUA-ları yüzlərlə texnikanı məhv etdi – İngilis nazir

Türk PUA-ları düşmən üçün real çətinliklər yaratmağa qadirdir.

Müstəqil.Az xəbər verir ki, bunu İngiltərənin müdafiə naziri Ben Uolles deyib.

O bildirib ki, İngiltərə artıq müdafiə texnologiyası sahəsində liderliyi əldən verib:

“Buna səbəb türk PUA-larının üstün cəhətləridir. İngiltərə bu sahəyə yetərli qədər yeniliklər gətirə bilməyib. Həqiqətən də türk PUA-ları düşmən üçün real çətinliklər yaratmağa qadirdir. Türkiyə “Bayraqdar TB2” və hava hücumundan müdafiə sistemlərini Liviya, Suriya və digər bölgələrdə istifadə etməklə üstünlüyə sahib oldu. Bu bölgələrdə türk PUA-ları yüzlərlə zirehli texnika və hava hücumundan müdafiə sistemlərini məhv etdi”.

Müstəqil.Az 

Share: