Dalğıclar Baltik dənizindən Almaniyaya aid şifrələmə maşını aşkar ediblər 

Müstəqil.Az “Seanews.az” -a istinad edərək xəbər verir ki, kod maşını atılmış balıq torlarının axtarışı zamanı, Almaniyanın şimal-şərqindəki Heltinq körfəzində aşkar edilib.

Tapıntı arxeoloji muzeyə təhvil verilib. Muzey ekspertlərinin sözlərinə əsasən, maşının bərpası bir ilə yaxın vaxt aparacaq. Tam bərpa ediləndən sonra “Enigma” maşını muzeydə sərgilənəcək.

Hərbi-dəniz ekspertlərinin fikrincə, maşın müharibənin son günlərində yad əllərə keçməməsi üçün alman gəmisindən suya atılıb.

Nasist Almaniyasına qarşı çalışan müttəfiq qüvvələr, “Enigma” maşınının hər 24 saatdan bir dəyişən kodlarını qırmaq üçün yorulmadan çalışırdı. İngilis riyaziyyatçısı Alan Tyurinq və onun rəhbərliyi altında çalışan komanda 1941-ci ildə kodu qırmağa nail oldu. Bu hadisə alman hərbi birləşmələrinin hərəkəti barədə vacib radio məlumatları əldə etməyə kömək etdi.

Müstəqil.Az

Share: