Möhtəşəm zəfər paradı

30 illik müstəqillik tariximizdə Azərbaycan Ordusu ilk dəfədir ki, bu gün Azadlıq Meydanına Qalib Əsgərləri ilə çıxır. Bugünkü Zəfər Paradını, Zəfər tarixinin yaratdığı milli qürürü, milli ruhu və milli ovqatı izləməksə ayrıca bir xoşbəxtlikdir!

Müstəqil.Az bildirir ki, bu sözləri Prezidentin sabiq köməkçisi, ictimai-siyasi xadim, professor Əli Həsənov özünün sosial şəbəkədəki divarında yazaraq Zəfər Gününün sevincini xalqımızla bölüşüb.
O, əlavə edib:
“Az sonra Azadlıq meydanına keçiriləcək Zəfər paradını Azərbaycan və Türkiyə Prezidentləri birgə qəbul edəcək! Paradda Azərbaycan və Türkiyə ordu birlikləri və şahinləri iştirak edəcək.
Paradda Vətən müharibəsində düşməndən qənimət kimi götürülmüş hərbi texnika da nümayiş olunacaq.”
Share: