Gələcəyin dənizçisi, bu günün qəhrəman döyüşçüsü – PƏNAH

Qazi İsayev Pənah Tahir oglu. 2019-cu ilin iyul ayında Cəlilabad rayonunun Hərbi Səfərbərlik İdarəsi tərəfindən həqiqi hərbi xidmətə çagrılıb. Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlarla döyüşçü yoldaşlarının, komandirlərinin sevimlisinə çevrilib.

Qəhrəmanımızı bir qədər yaxından tanıyaq. O, 2001 -ci ilin aprel ayının 11-də Bakı şəhərində anadan olub. Cəlilabadlıdır. Cəlilabad rayonunun Uzuntəpə kəndindəki 3 saylı orta məktəbində  təhsil alıb. Müəllim ailəsində böyüyüb. Ali məktəbə qəbul ola bilməsə də sevdiyi ixtisasın ardınca düşüb. Dənizçi olmaq istəyib. 2018-ci ildə 16 saylı Bakı peşə litseyində növbə matrosu ixtisasına sahib olub.

Onun döyüş yolu Füzuli istiqamətində gedən döyüşlərdən başlayıb.  Füzulidə ağır artileriyada xidmət edib. Füzuli, Hadrut, Qubadlı və Şuşa istiqamətində gedən döyüşlərdə iştirak edib. Düşmənin canına vəlvələ salan qəhrəmanlarımızın sırasında özünü təsdiqləyə bilib. Hazırda Xocavənddə xidmət edir.

Faiq B.

Share: