Bu üsullar infeksiyanın yayılmasını azaldır

Patogenlərin yüksək konsentrasiyası olan ərazilərdə koronavirusa yoluxma riski böyükdür. İnfeksiya riskini azaltmaq üçün orada düzgün havalandırmanı təmin etmək lazımdır.

Publika.az xəbər verir ki, bu sözləri həkim-immunoloq, təhlükəli infeksiyalar üzrə mütəxəssis Vladislav Jemçuqov söyləyib.

“Nəqliyyatda maska taxmaqla yanaşı, havalandırmanı təmin etmək lazımdır. İctimai nəqliyyatda istilik və filtrasiya ilə havalandırmanı da açmalısınız.

İş yerlərini və mənzilləri tez-tez havalandırmaq yalnız koronavirusun deyil, digər mümkün infeksiyaların da yayılma ehtimalını azaltmağa kömək edəcək, eyni zamanda nəmişliyi aradan qaldırmağı da unutmayın. Bu cür üsullar COVID-19-a yoluxmanı azaldacaq”, – həkim qeyd edib.

Share: